Azərbaycanda kifayət qədər populyar olan Rusiyanın "AvtoVAZ" şirkətinin istehsal etdiyi "VAZ-2107" modelinin eksklüziv modeli hazırlanıb.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, "VAZ 2107M" adlanan yeni avtomobil hələlik satış üçün nəzərdə tutulmayıb.
Amma yeni model geniş alıcı kütləsi qazanarsa, istehsalçı şirkət bu avtomobilin gələcəkdə kütləvi satışına başlaya bilər.
 
Xatırladaq ki, 1978-ci ildən istehsal edilən "VAZ-2107" avtomobillərinin buraxılışı 2013-cü ildən dayandırılıb.