Fransada bazar gün bıçaqlı hücumda həyatını itirən polis cütlük üçün Paris yaxınlığında yerləşən Versal şəhərində rəsmi mərasim keçirilib.
Unikal.org xəbər verir ki, mərasim bir polis işçisinin susqun, lakin qalmaqallı davranışı ilə yadda qalıb. Mərasimdə iştirak edən polis prezident Fransua Olland və baş nazir Manuel Valsla əllə görüşməyi rəd edib.
Prezident hadisəyə əhəmiyyət verməzkən, baş nazir Vals əl uzatmaqdan imtina edən polislə qısa söhbət edib. Məsələ ilə bağlı Fransa mətbuatına müsahibə verən polis zabiti ölkədəki təhlükəsizlik sistemindən şikayətçi olduğunu bildirib.