Göyçay rayonunda avtomobil yanıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Yekəxana kəndində baş verib.
Kənddə vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılmış 5 ton ot bağlaması və yaxınlıqda dayanmış "Qaz" markalı minik avtomobili yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.