Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə yekun seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.
Unikal.org-un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan indiyədək həmin dairə üzrə 40 203 seçicidən 23 292 nəfər (57, 9%) səsvermədə iştirak edib.
F.Orucov bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə MSK-nın 115 "Qaynar xətti"nə şikayət daxil olmayıb.