Hər ay Aralıq dənizində Avropa sahillərinə çatmağa çalışan 450-dək miqrant və qaçqın həlak olur.
Unikal.org xəbər verir ki, bu barədə Yunanıstanın Lesbos adasındakı qaçqın düşərgələrinə səfər etmiş BMT-nin baş katibi Pan Gi Mun bildirib.
Onun çıxışının stenoqramını beynəlxalq təşkilatın mətbuat xidməti yayıb.
"Bütün dünyada hər gün minlərlə ailə evlərini tərk edir. Hər ay Aralıq dənizində 450 nəfər həlak olur". – deyə BMT-nin inzibati rəhbəri jurnalistlərə açıqlamasında deyib.