Neftçala rayonunda naməlum kişi meyiti tapılıb.
Unikal.org Report-a istinadən xəbər verir ki, cəsəd Kür çayının Mayak qəsəbəsinin ərazisindən keçən hissəsində aşkarlanıb.
Ölən şəxsin kimliyi hələlik məlum deyil. Araşdırma aparılır.
Virtualaz.org xəbər verir ki, ölən şəxs 40-45 yaşlarında, dalğıc geyimində olub. Meyit qismən çürüməyə məruz qalıb.