Çikaqolu müğənni meksikanın "Səs" telemüsabiqəsinin sabiq iştirakçısı Alexandro "Cano" Fuentes sui-qəsd nəticəsində öldürülüb.
 
Unikal.org-un Anspress-ə istinadən məlumatına görə, 45 yaşlı müğənni şənbə günü dünyasını dəyişib.

Illinoys ştatının Kuk dairəsinin polis şöbəsinin məlumatına görə, Fuentesə hücum iyunun 16-sı törədilib.Həmin gün o ad gününü qeyd edirdi. Fuentes dostları ilə maşına oturub, bundan sonra naməlum silahlı şəxs onda maşından çıxmasını tələb edib və ona atəş açıb.

Müğənni başından 3 güllə yarası alıb. Polis bəyan edib ki, hələlik hücumu törətməkdə şübhəli qismində heç kəs saxlanılmayıb.

Fuentes telemüsabiqədə 2011-ci ildə iştirak edib.

Oxşar hadisə bir həftə əvvəl  Florida ştatının Orlando şəhərində baş verib. Burada "Səs" şousunun sabiq iştirakçısıs Kristina Qrimmi öldürülüb.