Bakıda ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, lent.az-ın məlumatına görə, Xətai rayonu Zeytun küçəsində "Tofaş Şahin" markalı 10 MJ 740 dövlət qeydiyyat nişanlı avtomobil 40-45 yaşlı kişini vurub. Ağır xəsarətlər alan şəxs hadisə yerinə ölüb. Ölən şəxsin üzərindən sənəd çıxmadığından onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.