Oğuzda baş verən ağır yol qəzasında həyatını itirənlərin sayı 2 nəfərə çatıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, koma vəziyyətdə xəstəxanaya gətirilən 1961-ci il təvəllüdlü Bənövşə Nəriman qızı Əsgərova həyatını itirib.
Qeyd edək ki, bu gün saat 14:00 radələrində, Qaraməryəm-İsmayıllı-Şəki magistiral avtomobil yolunun 104-cü kilometrliyində, Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. Oğuz rayonu Kərimli kənd sakini, 1939-cu il təvəllüdlü Namiq Zahid oğlu Həmidzadə idarə etdiyi "VAZ 21011" markalı, "48 BA 676" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü N. Həmidzadə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Koma vəziyyətində olan B. Əsgərova isə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.