Bakıda diş həkimi Eyyub Ələsgərovun evi qarət olunub.

Unikal.org-un Ans press-ə istinadən məlumatına görə, naməlum şəxslər həkimin evindən 38 qızıl diş aparıblar.

Oğrular 48 yaşlı həkimin Binəqədi rayonundakı evinə pəncərədən daxil olublar. Hadisənin saat 14:30 - 21:00 arası, evdə heç kim olmadığı zaman törədildiyi ehtimal olunub.

İmplantlardan əlavə oğrular 10 min manat, dəyəri 3,15 min manat olan 7 qızıl sikkə aparıblar.

Hadisəni törədənlər aradan çıxa biliblər, polis araşdırmanı davam etdirir.