Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib.
Unikal.org-un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, nəticədə 4 nəfər xəsarət alıb.
Yaralılar təcili yardım maşınları ilə Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıblar. Onların həyatlarına təhlükə yoxdur.
 İnsident nəticəsində bir neçə binaya zərər dəyib. Partlayışın başvermə səbəbləri hələ ki, məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. İlkin ehtimala görə, Kızıltəpədə əldəqayırma partlayıcı qurğu işə salınıb.