"Dilqəm Əsgərov və Şahbaz Quliyev Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu tərəfindən girovluqdan azad ediləcəklər".
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.
Ə.Həsənov vurğulayıb ki, D.Əsgərov və Ş.Quliyevin girovluqda qalması hər bir azərbaycanlını narahat edir: "Bu problemlə Azərbaycan Prezidenti İlham Əliyev bilavasitə özü məşğuldur və bütün görüşlərdə bu məsələni qaldırır".
Ə.Həsənov deyib ki, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də dəfələrlə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldırıb: "Güman edirəm ki, Prezident İlham Əliyev bu gün də Rusiya Prezidenti ilə görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldıracaq".