Türkiyə ilə İsrail rəsmiləri iki ölkə arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan müqaviləni imzalamazdan öncə iyunun 26-da Avropa paytaxtlarından birində sonuncu dəfə görüşəcək.
 
Bunu "Haaretz" qəzetinə İsrail Xarici İşlər Nazirliyinin yüksək vəzifəli diplomatı deyib.
 
Onun sözlərinə görə, iki ölkə arasında razılığa gəlinə bilməyən tək məsələ HƏMAS-ın İstanbuldakı nümayəndəliyinin mövcudluğudur:
 
"Yekun razılaşma ötən ay tamamlanmalı idi. Lakin Əhməd Davudoğlunun istefası bunu təxirə saldı".
 
Qeyd edək ki, ötən gün İsrailin Energetika naziri Yuval Steinitz ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü açıqlayıb. (Axar.az)