Azərbaycan Rusiyaya pomidor ixracını kəskin artırıb.
 
Hazırda Rusiya bazarında pomidorların 7,4%-i Azərbaycanın payına düşür. Halbuki, ötən il bu göstərici 1% olub.
 
İxrac etdiyimiz pomidorun qiymətində azalma müşahidə olunur. Belə ki, ötən ilin I rübündə Rusiyaya ixrac olunan pomidorun 1 tonu 1 240 dollara rəsmiləşdirilirdisə, bu ilin analoji dövründə bu rəqəm 1 120 dollara enib.
 
Rusiya Türkiyəyə embarqo tətbiq etdikdən sonra sözügedən bazarın mütləq lideri Mərakeşdir. Rusiyaya idxal olunan pomidorların 56,6%-i Afrika ölkəsindən gətirilir. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 17,3% olub.("APA-Economics")