Bakı Dövlət Cıdır Meydanında yanğın hadisəsi baş verib.

Unikal.org aznews.az-a istinadən bildirir ki, yanğın saat 15:30 radələrində baş verib və hələ də söndürülməyib.

Alov meydanın yarısını bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən maşını cəlb edilib.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.