Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Mili Agentlik (ANAMA) 21 iyunda Agentlik tərəfindən Füzuli və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb. 
Unikal.org-un məlumatına görə, hesabatda bildirilib ki, bu gün ərzində 1 ferma, 3 əkin sahəsi, 7 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 10 600 kv. m ərazi təmizlənib. 
Tərtər rayonu Cəmilli kəndində 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb. 
Cəmi: 1 ferma, 4 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilmiş, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb. 
Füzuli rayonu Horadiz kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 2 600 kv.m ərazi yoxlanılıb.
Cəmi: 3 əkin sahəsi, 3 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 2 600 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 21 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 23 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 542 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.