Türkiyənin Iğdır şəhərində erməni təxribatının qarşısı alınıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, etirazlardan sonra şəhərin Tuzluca qəsəbəsinin giriş və çıxışında erməni dilində yazılan tablo götürülüb.
Tablonun üzərində erməni dili ilə yamaşı türk, kürd və ingilis dillərində "Xoş gəlmisiniz" və "Gülə-gülə" ifadələri yazılıb. Yerli əhali yalnız erməni dilində yazılan sözlərə öz kəskin etirazlarını bildiriblər.
Narazılığın böyüdüyünü görən qəsəbə bələdiyyəsi tablonun üzərində erməni dilindəki yazıların silinməsi ilə bağlı qərar qəbul edib.
Iğdır şəhərinin girişində erməni dilində yazıƏhalinin etirazından sonra erməni dilində yazı silinib
Tablo Ermənistan-Türkiyə sərhədində yerləşən şəhərin girişinə ötən il vurulub.
Bundan əvvəl Türkiyənin Bitlis şəhərinin küçələrindən birinə erməni mənşəli amerikalı yazıçı Uilyam Saroyanın adı verilib. U.Saroyanın babaları 1915-ci ildə Bitlisi tərk ediblər.
U.Saroyan Kaliforniyanın Frezno şəhərində anadan olub, lakin babalarının vətəni ilə sıx əlaqələrini saxlayıb. O, 1964-cü ildə Bitlisə səfər edib və 2014-cü ildə bu səfərin 50 illiyi tamam olub.