Dünyada ən çox istifadə edilən sosial şəbəkə olan "Facebook"da təhlükəsizlik problemi aşkarlanıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, məşhur haker birliyi "Devcore"nin açıqlamasına görə "Orange Tsai" adlı haker "Facebook"a aid serverlərə bir proqram əlavə edib. Bu proqramın müvəffəqiyyətli olub olmadığı bilinməsə də, "Facebook" serverlərində çox ciddi təhlükəsizlik probleminin olduğu bildirilib.
Əgər hücum müvəffəqiyyətli olarsa şəbəkə istifadəçilərinin e-poçt hesablarına və şəxsi məlumatlarını oğurlamaq mümkün ola bilər.
Kiber təhlükəsizlik mütəxəssisləri "Facebook" istifadəçilərinə şifrələrini dəyişdirməyi məsləhət görüb.