"Hollivud artıq heç bir zaman əvvəlki kimi olmayacaq. Çünki artıq biz işə başladıq".
 
Bu sözlər dünən Hollivudun "Sanset" bulvarında (Sunset Boulevard) keçirilmiş mərasimdə məşhur aktyor, Hollivud ulduzu Tom Kruz deyib.
Mərasim ən radikal və təhlükəli təriqətlərdən sayılan Sayentologiya Kilsəsinin "Sanset" bulvarında "Scientology Media Productions" adlı media mərkəzinin təntənəli açılışı idi.
CNN-ə bildirir ki, Sayentologiya Kilsəsinin lideri Devid Mitskeviçin dediyinə görə, yeni media mərkəzi həm də kinostudiyadır: "Burada "Paramount"la müqayisədə daha yaxşı şərait var, mərkəzimiz daha böyükdür. Yeni mərkəz kilsəmizə milyardlarla insanla birbaşa əlaqə saxlamağa imkan verəcək. Sayentologiya dünyada hər insana müraciət edə biləcək".
Nəhəng studiyalar kompleksinin rekonstruksiyası 50 milyon dollara başa gəlib.
Burada sayentoloqlar yeni təbliğat filmləri, sənədli filmlər, lentlər, televiziya şouları və proqramlar çəkəcəklər.
10 min nəfərin iştirak etdiyi təntənəli mərasimə Hollivud ulduzları Tom Kruz, Kelli Preston, Con Travolta və Kristi Elli də qatılmışdılar.
Tom Kruzun dediyinə görə, Scientology Media Productions həm də CNN telekanalı təki sutkada 24 saat informasiya buraxılışları ilə efirdə olacaq.
Dünya Sayentologiya Kilsəsinin 8 milyard dollarlıq vəsaiti var. (Milli.az)