Bu gün Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar su olmayacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Unikal.org-a daxil olan xəbərdə bildirilir ki, Qara Qarayev və Babək prospektlərinin, həmçinin E.Süleymanov və İ.Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu " ASC abonentlərdən üzr istəyir.