"Jara" festivalı çərçivəsində Bakıya gələn "M Band" qrupunun üzvü Anatoli Tsoy 30 yaşını qeyd edib.
Unikal.org xəbər verir ki, o, ad günündə qrupdakı həmkarları ilə şəhərdə yerləşən dönərxanaların birinə yaxınlaşıb.
Bu zaman ad günü münasibətilə sırada gözləyən alıcıların ayran və dönər pulunu ödəyərək, ad gününü qeyd edib.
Bu barədə onlar jurnalistlərə açıqlamasında deyib.