Məşhur aktyoru İbrahim Çelikkol dostlarıyla getdiyi əyləncə məkanında dava salıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğla Akyakaya tətil üçün gedən aktyor çox səs saldıqları üçün məkan sahibi tərəfindən xəbərdarlıq edilib. Bu zaman o həmin şəxsi yanındakı 6 dostuyla birlikdə döyüb.
İddiaya görə, dava nəticəsində aktyor bir nəfərin almacıq sümüyünü qırdığı üçün polis bölməsinə aparılıb və gecəni bölmədə keçirib.
Baş verən davanı isə Ula bələdiyyə sədrinin oğlu sakitləşdirib.