Rusiyalı müğənni Zemfira pərəstişkarının hücumuna məruz qalıb.

Unikal.org xəbər verir ki, fanatı sənətçinin 2,5 milyonluq avtomobilini əzib. O, etiraf edib ki, bunu müğənninin diqqətini çəkmək üçün edib.

Bununla bağlı Zemfira polisə şikayət ərizəsi yazmağa hazırlaşır. Müğənni bildirib ki, belə bir hadisə ilə ilk dəfə deyil qarşılaşır. Qışda da əsəbi pərəstişkarı küçədə ona hücum edib və xəsarət yetirib.

"Qışqırır, qolumdan tutub sıxırdı. Ona izah etməyə çalışdım ki, uzaqlaşsın, yoxsa polis çağıracam. Bir neçə ay sonra yenə həmin fanat mənə ziyan vurub" deyə, Zenfira bildirib.

Oğlanın məqsədi avtomobili əzib, evində oturan sənətçini küçəyə çıxarmaq olub.