Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə xalq artisti fəxri adı verilən Əliyev Vidadi Hüseyn oğlu tanınmış aparıcı Dilarə Əliyevanın qaynatası, Elçin Əlibəyli və "SOY" Prodakşının rəhbəri Oqtay Əliyevin atasıdır.
Qeyd edək ki, 74 yaşlı Vidadi Əliyev 1967-ci ildən İrəvan Dövlət Dram teatrının aparıcı aktyoru , 1988-ci ildə didərgin düşmüş teatrı bərpa etmiş və uzun müddət teatrın bədii rəhbəridir.O, 20-dən çox bədii və qısametrajlı filmlərdə çəkilmiş "Qətil günü" ve "Doğma sahillər" filmlərinin rejissoru olub, müxtəlif kino mükafatlarına layiq görülüb.