Əməkdar artist Aybəniz Haşımova pərəstişkarlarını hüznləndirib.
Unikal.org xəbər verir ki, son günlər ölüm xəbərlərini çox alan ifaçı paylaşımında məzardan qorxduğunu dilə gətirib.
"Eşidəndə ki, filankəs rəhmətə gedib, çox pis oluram. Hətta bəzi dostlara deyirəm ki, artıq kimsənin ölümünü mənə deməyin. Hətta özümdə sakitcə getmək istəyirəm. İstəmirəm gedişimdən xəbər tutasız. İstəmirəm məni sevənlər üzülsün. Tamaşaçılarım məni doğmalarımdan da artıq sevirlər. Bilirəm ki, onlar mənim gedişimə çox məyus olarlar. Ölümdən qətiyyən qorxmuram. Qorxduğum, məzara qoyulmaqdı. Ordan xoşum gəlmir. Yaman darısqaldır. Mənim kimi bir cahana sığmayanın orda bağrı çatlayar".
Müğənninin bu paylaşımı izləyiciləri duyğulandırıb. Onlar Aybəniz xanıma cansağlığı, uzun ömür diləyiblər.