Hər zaman fərqli paylaşımları ilə adından söz etdirən aktrisa Gonca Vuslateri yeni fotosu ilə gündəm olmağı bacarıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekrana bir müddətdir ara verən aktrisa Bodrumda dincəlir. O, qaldığı otelin qapısının önündə dərin sinə dekolteli paltarla çəkilən fotosunu izləyiciləri ilə bölüşüb.
"Paltarımın yaraşıb-yaraşmadığına baxarkən, ayaqlarımın əridiyini görüb məyus oldum . Məsələ dekolte falan deyil yəni, qapının özü də rəngi də çox gözəldir", deyə o, paylaşımda yazıb.