Xəbər verdiyimiz kimi, müğənni sərdar Ortac və həyat yoldaşı model Kloe Loughnan avqustun 8-də boşanmaq üçün məhkəməyə baş vurub.
Məşhur cütlük boşanmaq üçün Beykoz Ədliyyəsinə gəlib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2014-cü ildə evlənən cütlük anlaşmalı şəkildə bu qərarı verib.
Məhkəmə binasının qarşısında görüntülənən cütlük jurnalistlərin suallarını cavabsız qoyub. Serdar Ortaçın kefsiz halda olması diqqətlərdən yayınmayıb.