Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç xanımı Xloya Lounan ilə ayrılıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddətdir ayrılacaqları haqqında söz-söhbətlərlə gündəmə gələn cütlük bu gün rəsmi olaraq boşanıblar.
Məhkəmə salonundan əl-ələ çıxan məşhurlar jurnalistlərə belə bir açıqlama veriblər.
“Davam etdirə bilmədik evliliyimizi. Birlikdə düşünüb, ayrılmaq qərarına gəldik. Qarşılıqlı razılığa gəlib boşandıq”.
Xloya Loun isə bildirib ki, hələ də Sərdarı sevir:
“Sevgi ilə ailə qurdum, sevərək ayrılıram. Onu çox sevirəm və hər zaman sevəcəm. Təəssüf edirəm ki, alınmadı bizdə”.
Qeyd edək ki, Ortaç Lounan ilə 2014-cü ildə ailə qurmuşdu.