Xaricdən gələn milli təhlükələr
12:02 11-10-2012
İQTİSADİYYAT
Xaricdən gələn milli təhlükələr
İrandan ərəbistana gedən yol
Bu günlərdə Təhsil Nazirliyi qarşısında keçirilən aksiya başqa bir maraqlı məqamı da ortaya çıxartdı. Aydın oldu ki, ölkədə hər an nəzarətdən çıxa biləcək güc formalaşdırmaq mümkündür və bunların arxasında heç də ölkədə ki, hansısa siyasi qüvvələr durmur. Bununla bağlı məlum aksiya ilə bağlı verilən açıqlama da faktı təsdiqləyir. Belə ki, aydın olub ki, oktyabr 5-də Təhsil Nazirliyi qarşısında keçirilmiş razılaşdırılmamış aksiyada tutulanlardan 4-ü Maştağa sakinidir.
Maştağa sakinləri - Fuad Bakir oğlu Manafov, Ceyhun Ağalətif oğlu Rəşidov, Seymur Tərlan oğlu Aslanov və Mirzəağa Ağarəfi oğlu Rəşidovdur. Adıçəkilən şəxslərin oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında keçirilən qanunsuz aksiyanın təşkilatçılarından olduğu bildirilir. Məlumata görə, həmin şəxslər Suriyada dini təhsil alıblar və radikal dini təriqətin üzvüdürlər.
Qeyd edək ki, oktyabrın 5-də ümumi sayı 200 nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Gördüyünüz kimi yenə məsələnin arxasından kənar qüvvələr çıxdı. Amma gəlin başqa bir nüansa xüsusi olaraq fikir verək. Bu isə dini təmayüllü gənclərin xarici ölkələrdə təhsil almaları və ölkəyə gələndən sonra daha çox radikallığa meyl etmələri məsələsidir. Ümumiyyətlə apardığımız araşdırma bununla bağlı kifayət qədər ciddi bir prosesi ortaya çıxartdı. Aydın oldu ki, ölkə kənarında dini təhsil almaq istəyən qüvvələr bir neçə qruplaşmaya ayrılır və hər biri ayrı-ayrılıqda təhlükəlidir.
Qum şəhərinin aslanları
Ölkə xaricində dini təhsil alanların əksəriyyəti İranın Qum şəhərində ki, institut və mədrəsələrin yetirmələridir. Xatırladaq ki, 1992-ci ildən 1998-ci ilə qədər müddətdə bu şəhərə hətta qeyri-qanuni yollarla azərbaycanlı gənclər aparıldı və onların əksəriyyəti dini təhsil alsalarda ölkəyə İranın casus şəbəkəsinin üzvləri kimi qayıtdılar. İndinin özündə də ölkədə İslam dövlətinin qurulması istiqamətində radikal təşkilatlar yaradanların əksəriyyəti məhz Qum şəhərində təhsil alanlardır. Qum şəhərinin aslanları adlandırılan bu şəxslər üçün Azərbaycan adında dövlət yoxdur və onların əsas məqsədi İslam xilafəti yaratmaqdır. Əslində isə tək məqsəd İranın maraqlarının təminidir. Bu şəxslər indinin özündə də İranla ciddi şəkildə bağlıdılar və onların aktivləşməsi İranda hansısa ayətullanın fitva verməsi ilə bağlıdır.
Tehran casusları
İranda təhsil alan şəxslərin bir qismi isə Tehranda olur və tehranda təhsil alan bu şəxslər daha savadlı olmaqla yanaşı, həm də daha təhlükəli hesab edilirlər. Bu şəxslər daha çox tərəfdar toplamaq və ölkədə kütləvi narazılıqların yaradılmasına çalışmaqla öz missiyalarını bitmiş hesab edirlər. Tehran yetirmələri Azərbaycanın cənub bölgəsində üstünlük təşkil edirlər və əsas məqsədləri milli azlıq olan talışları müstəqil dövlət yaratmaq istiqamətində hazırlamaqdır.
Suriya əsgərləri
Azərbaycandan kənarda təhsil alan bir qrup gənc var ki, onlarında son dayanacağı Suriya oldu. Əslində Suriyada dini təhsil alan bu gənclərdə dolayı yolla İranın təsirindədirlər və Bakıya gələndən sonra məhz Qum şəhərində təhsil alan gənclərlə daha çox iş birliyi qurublar. Son aksiyanı təşkil edən gənclərdə məhz Suriyada təhsil almış şəxslərdir. Müşahidəçilər bildirir ki, Suriyada təhsil alan gənclər daha aqressivdilər və terrora çox meyilli olurlar. Bununla yanaşı Suriya məzunları həm də sonradan İranda hətta hərbi təlimlərdə keçiblər. "Hicab" aksiyasının peşəkarcasına təşkil olunması da bir daha bu faktı təsdiqlədi.
Səüdiyyə Ərəbistan mücahidləri
Bu qruplaşmalar arasında ən təhlükəliləri isə Səüdiyyə Ərəbistanında təhsil alanlardır. 1995-ci ildən bu ölkədə təhsil alamağa gedib və geri qayıdan gənclər Azərbaycanda bir neçə qurupa bölündülər. Şeyx Qamətin rəhbərliyi ilə Ərəbistanda təhsil alan gənclər Bakıda "Əbu-Bəkr" məscidini yaratdılar və güclərini daha çox tərəfdar toplamaq üçün marifləndirməyə verdilər. Amma bir müddət Şeyx Qamətin rəhbərliyini qəbul edən Ərəbistan məzunlarının bir hissəsi onlardan ayrılaraq Qafqaz canişinliyi adlandırılan çeçen mücahidləri ilə iş birliyinə getdilər. Amma başqa bir qanad isə çox qəribədir ki, Rusiyadakı müəyyən qüvvələrlə əlaqə qurdular və bu gün şimal bölgəsində Azərbaycan üçün real təhlükə rolunu oynayırlar. Bakıda qalan , amma Şeyx Qamət düşərgəsinə qarşı az qala cihad edən bir qanadda var ki, bunlarda havariclərdir. Bir neçə il öncə "Əbu-Bəkr" məscidində partlayış törədən bu şəxslər üçün yalnız İslam xilafəti deyilən bir anlayış var və onlar nə Azərbaycan respublikasının mövcudluğunu qəbul edirlər, nə də azərbaycan xalqını müsəlman hesab edirlər. Onların fikrincə buna görə hakimiyyətə qarşı fitva verilməli və terror yolu ilə bu ölkədə islam dövləti formalaşdırılmalıdır.
Sonda bunu da qeyd edək ki, artıq bir neçə ildir ki, bu ölkələrdə təhsil almaq yasaqlanıb. Buna baxmayaraq müəyyən təşkilatlar yenə də İrana və ya Səüdiyyə Ərəbistanına tələbələrin axınını təşkil edə bilirlər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17