Müxalifət mitinqdən imtina etdi
14:40 12-10-2012
İQTİSADİYYAT
Müxalifət mitinqdən imtina etdi
İctimai palata proseslərə təsir edə bilmir
Gülər Əhmədova olayı Azərbaycanın siyasi gündəmində əməlli başlı canlanma yaratdı. Və bu canlanma heç də hakimiyyətin xeyrinə olmadı. Çünki ilk dəfə ən yüksək səviyyədə bir rüşvət qalmaqalı ortaya çıxmışdı və məsələ ilk andaca siyasiləşmişdi. Məhz buna görə dəfələrlə hakimiyyət rəsmiləri bəyanatlarla çıxış etmək zorunda qaldılar.
Bu günün özündə də demək olar ki, məsələ gündəmdədir və hesab edilir ki, Gülər Əhmədova mandatından imtina etdiyi kimi,bir neçə məmurda postunu itirəcək. Hətta bəzi dairələr hesab edir ki, bu olay hakimiyyətdə kütləvi dəyişikliklərlə müşahidə olunacaq. Məsələyə hakimiyyətin belə həssas yanaşmasının isə əsas səbəbləri var. Çünki qarşıdan prezident seçkiləri gəlir və həmin vaxt oponentlər bu faktdan hakimiyyətə qarşı istifadə edəcəklər. Buna görə də lazımdır ki, məsələ kökünə qədər araşdırılsın və bunun ləkə olaraq qalmasının qarşısı alınsın. Görünür hakimiyyətin bu yanaşması müxalifət tərəfindən geri çəkilmə kimi qiymətləndirilir və bu səbəbdən daha real addımlar atmaq və aktivləşməyə çalışır. Xatırladaq ki, məlum olay gündəmə gələndə İctimai Palata təcili toplantı keçirtdi və məsələnin ictimailəşməsinə çalışdı. Çünki həmin vaxt artıq sosial şəbəkələrdə də bir canlanma yaranmışdı və bir milyondan çox insan bu mövzunun aktiv yayıcısı olmuşdu. Müxalifət isə virtual dünyada baş verən bu canlanmanı real həyata keçirtmək istədi və bu səbəbdən Bakıda mitinqin keçirilməsi planlaşdırıldı. Amma Bakı şəhər İcra Hakimiyyəti aksiya üçün müxalifətə yer olaraq Bibiheybət qəsəbəsini məsləhət gördü.İctimai Palata isə oktyabrın 13-ü Bakıda aksiya keçirməyəcək. Qurumun Koordinasiya Şurasının üzvü Ədalət Yusubov deyib ki, Koordinasiya Şurası Bakı Şəhər İcra Hakimiyyətinin yürüş müraciətinə cavabını müzakirə edib: "İctimai Palata meriyanın 20-ci sahədə mitinq keçirmək təklifini birmənalı formada rədd edir. Koordinasiya Şurası bu cavabı vətəndaşların konstitusion hüquqlarının pozulması, yürüş hüququnun qadağan olunması kimi qiymətləndirir. Bununla bağlı hüquqi mübarizəmiz davam edəcək və məhkəməyə müraciət olunacaq".
Maraqlıdır, mitinq qərarı çıxaran müxalifət nədən hər zaman olduğu kimi icazəsiz aksiya keçirtmək qərarı çıxartmaq əvəzinə məhkəməyə üz tutdu? Ekspertlər hesab edir ki, bir neçə gün öncə mitinq açıqlaması verən müxalifət gördü ki, cəmiyyət yenə müxalifətin çağırışlarına biganədir. Yəni virtual həyatdakı aktivlik reallıqda öz təsdiqini tapmır və aksiya keçirilərsə müxalifət yenə də sosial baza toplaya bilməyəcək. Belə olan halda isə müxalifət proseslərdə məğlub tərəf olacaq. Məhz bunu nəzərə alan müxalifət geri çəkildi. Müxalifətin həm də aktivləşməsinin başqa bir səbəbi Gürcüstanda baş verən səbəblərlə bağlı idi. Çünki gürcüstanda müxalifət seçkilərdə qələbə qazandı və bu müxalifətə də əlavə stimul verdi. Maraqlıdır, hadisələrin belə inkişaf etdiyi bir məqamda müxalifət hansı taktiki addımlar atmaqla proseslərə təsir edə bilər? Ekspertlər hesab edir ki, müxalifət indiki halda ciddi imkanlara sahiblənib və bundan istifadə edərək hakimiyyətdən narazı qüvvələri ətraflarına toplaya bilərlər. Amma bunun reallaşmaması da faktdır. Nədən müxalifət hətta belə şəraitdə də aktivləşə bilmir? Müşahidəçilərin fikrincə indinin özündə də müxalifət vahid proqram əsasında addım ata bilmir və ilk təşəbbüslər avtomatik olaraq daxili parçalanmaya gətirib çıxarır. Hətta indiki məqamda gündəmdə belə informasiyalar səslənməyə başlayıb ki, müxalifətin aparıcı qanadlarından biri hakimiyyətlə iş birliyinə gedib. Bu informasiyanı isə çox maraqlıdır ki, müxalifətin öz daxilində olan qüvvələr səsləndirib. Bu isə o deməkdir ki, müxalifətdə ki, inamsızlıq faktoru hətta ekstrimal halda da aradan qalxmır. Gülər Əhmədova olayında bunun da şahidi olduq ki, sabah Azərbaycanda hansısa gözlənilməz olay baş verərsə belə müxalifət bu proseslərə təsir edə bilməyəcək və oyundan kənarda qalacaq. Necə ki, biz bunun Quba variantını gördük. Həmin vaxt kütlə ayağa qalxdı, hakimiyyət güzəştə getdi və müxalifət üçün əlverişli şərait yarandı. Amma müxalifət proseslərə müdaxilə edə bilmədi və bir bəyanatla məsələ tamamlandı. İndi də eyni hal təkrarlanır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20