Dövlət təhsil siyasətinin həyata keçirilməsində uğurlarını ilbəil artıran, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” deyiminə  və illər öncədən formalaşmağa başlanmış ənənələrə əsaslanan İsmayıllı rayonunun təhsil sistemi bu il də tam orta məktəb məzunlarının ali məktəblərə qəbulu zamanı  diqqətəlayiq nəticələr əldə edib. Bu nəticələr 28 avqust 2019-cu il tarixdə ənənəvi “Təhsil bayramı”nda qeyd edilib, yüksək nailiyyətlərə çatmaq yollarına bayram əhval-ruhiyyəsi ilə nəzər salınıb.

Unikal.org xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi ayda bir dəfə ümumitəhsil məktəblərində tədris şəraitini, yanacaqla təchizatı, zamanı gələndə yeni dərs ilinə hazırlığın, qış mövsümünün gedişinin mövcud durumunu öyrənir, təhlillər aparır və növbəti vəzifələri müəyyənləşdirir. Məktəblərin tikintisi və təmiri, dərsliklərlə, yanacaqla təminat  xüsusi diqqətdə saxlanılır. Ötən illərdə rayonda çoxsaylı məktəblər tikilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Basqal qəsəbəsində 432 yerlik, Heydər Əliyev Fondu tərəfindən Gəraybəyli kəndində 320 yerlik, Uştalqışlaq  və Girk kəndlərində  modul tipli  məktəblər tikilir. Məktəblərin 4-ü də yeni tədris ilinin başlanğıcına qədər hazır olacaqdır. 26 avqust 2018-ci il tarixdə Prezident İlham Əliyev  və Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyeva orjinal layihə əsasında tikilmiş Lahıc qəsəbə tam orta  məktəbinin açılışını ediblər.

İsmayıllı rayonunda 46 tam, 23 ümumi orta və 10 ibtidai  məktəb fəaliyyət göstərir.2019-cu ildə tam orta məktəbləri 765 nəfər bitirib. Onların 546 nəfəri qəbul imtahanları üçün sənəd verib. 75 nəfər sənəd verən isə keçən illərin  tam orta məktəb məzunlarıdır. 400 nəfər imtahanlardan uğurla çıxaraq tələbə adını qazanıb. 16 nəfər 600-dən çox, 65 nəfəri 500-600 arası bal toplayıb. 2017-2018-ci illərdə ali məktəblərə qəbulun nəticələrinə görə İsmayıllı rayonu kənd rayonları arasında ikinci yerdə olub. Rəsmi nəticələr elan olunana qədər yalnız onu demək istərdim ki, sıralamada bu il də geriləmə olmayacaq.

Haqlı olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon təhsil şöbəsinin iştirakı ilə “Təhsil bayramı” keçirmək bu il də qərara alınıb. Ali məktəblərə yeni qəbul olunan tələbələr, valideynlər,pedaqoji kollektivlər, ictimaiyyət nümayəndələri, gənclər, əvvəllki illərdə yüksək bal toplamış  tələbələr, müxtəlif təşkilatlardan olan və özəl qonaqlar,Belorus Respublikasının Nesvij şəhərindən gələn nümayəndə heyətinin üzvləri bu məkana toplaşıblar.

İştirakçılardan bir qrupu əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib,önünə gül dəstələri qoyublar.

“Təhsil bayramı” Heydər Əliyev parkında konsertlə yekunlaşıb.