Həbsdə olan siyasi fəal Seymur Həzi sabah azadlığa çıxacaq.

Unikal.org xəbər verir ki, bu barədə həbs müddəti başa çatan Seymur Həzinin həyat yoldaşı Nigar Həzi feysbuk hesabında paylaşım edib.

"Sabah mənim və Seymur üçün həyatımızın dəyişəcəyi gün. Çox çətin günlər gördük. Ancaq yıxılmadıq, ayaqda durduq. Düzdür, qarşıda bizi növbəti çətinliklər gözləyir. Amma xoş və şirin çətinliklər. Bizdə hər şey fərqli olduğundan, evlilik sonrası dövr də fərqli olacaq. Seymurun azadlığa, cəmiyyətə adaptasiyası, onun mənə, mənim ona adaptasiyam. İki yatıb çıxmışın başı bir qazanda necə qaynayacaq, görəsən? Özümə də maraqlıdır", - deyə Nigar bildirib.

Xatırladaq ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.