Qoç - Sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.
Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək.
Buğa - Bu gün çox maraqlı olacağını vəd edir. Siz kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun əhval-ruhiyyəyə ildırım sürətilə düşürsünüz. Bir çox Buğalar özlərində gözlənilməz istedad və qabiliyyətlər aşkarlayacaqlar.
Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil. Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz. Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala bilərsiniz.
Əkizlər - Əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də, dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla.
Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların rəğbətini qazanacaqsınız.
Gözlənilməzliklər planlarınızı pozmayacaq - BÜRCLƏR

00:15 04-09-2019
CƏMİYYƏT
Digər Xəbərlər
2025-02-28 17:05:39

2025-02-28 16:39:00

2025-02-28 16:34:56

2025-02-28 16:00:36

2025-02-28 15:41:38

2025-02-28 15:41:12

2025-02-28 15:30:12

2025-02-28 15:27:10

2025-02-28 15:05:00

2025-02-28 15:01:00

2025-02-28 14:59:23

2025-02-28 14:55:04

2025-02-28 14:47:00

2025-02-28 14:42:29

2025-02-28 13:52:00
.jpg)
2025-02-28 13:37:00

2025-02-28 13:24:25

2025-02-28 13:24:05
.jpg)
2025-02-28 13:23:36
.jpg)
2025-02-28 13:20:36
.jpeg)