Abşeron rayonu Məmmədli kəndinin bir hissəsində elektrik enerjisinin verilməsinə fasilə yaranacaq. 

"Azərişıq" ASC-dən Unikal.org-a verilən məlumata görə, Bağlar RETSİ-nin xidməti ərazisi olan Məmmədli kəndinin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 09 sentyabr 2019-cu il tarixində kəndin bəzi ərazilərində istehlakçıların   elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaqdır.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.