Bərdə rayonunun Qaradağlı kəndində fəaliyyət göstərən, Samir Səfiyar oğlu Bayramova məxsus “Oligarx” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış təkrar baxış zamanı ilkin yoxlamada aşkarlanan nöqsanların aradan qaldırılmadığı məlum olub.

Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, restoranda ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, emal zamanı istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, işçi heyətin gigiyena qaydalarına əməl etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində təkrar inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.