Sentyabrın 7-si axşam saatlarında bu ilin ikinci və sonuncu tam ay tutulması hadisəsi müşahidə edilib. 

"Unikal" xəbər verir ki, proses saat 19:28-də Ayın Yer yarımkölgəsinə daxil olması ilə başlayıb. 21:30-dan 22:52-yədək isə Ay tam tutulma mərhələsində olub. Beləliklə, təxminən 82 dəqiqə ərzində Ay tamamilə qırmızımtıl çalarda görünüb. Ümumilikdə 5 saata yaxın davam edən proses dünya mediasının diqqətindən yayınmayıb. 

Ölkəmizdə, o cümlədən dünyanın dörd bir yanından əks olunan ayın görüntülərini diqqətinizə çatdırırıq.