"Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub"
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: "Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir".
***10:12
Paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən "Unikal"a bildirilib ki, bu gün səhər saatlarında rayonun Qala-Pirallahı yolu ərazisində "Hyundai" markalı avtomobillə "Mercedes" markalı mikroavtobus toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.