Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib. 

Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar. 

Qeyd olunub ki, hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.