Dini azadlıqların təhlükəsi
10:54 16-10-2012
İQTİSADİYYAT
Dini azadlıqların təhlükəsi
Venesiya Komissiyasının şərtləri qəbul olunmamalıdır
Son zamanlar Azərbaycanda dini təriqətlərin aktivliyi yenidən gündəmə gəlməkdədidr. Bir tərəfdən İrana bağlı dini təşkilatların kütləvi aksiyalar keçirtməsi müşahidə olunursa, digər vəhabi təriqətinə bağlı təşkilatlarda Azərbaycanda bir neçə ay ərzində dəfələrlə terror aktı keçirtməyə cəhd göstərdi.
Bununla yanaşı xristian təmayüllü dini təşkilatlarda Azərbaycanda daha aktiv fəaliyyət göstərməyə çalışmaqdadırlar. Məhz bunları nəzərə alan Azərbaycan hakimiyyəti də qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmağa çalışdı və "Dini etiqad azadlığı" haqqında qanuna bir sıra dəyişikliklər etdilər. Bu dəyişikliklər isə daha sonra Venesiya komissiyasına göndərildi. Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın "Dini etiqad azadlığı haqqında" qanununa rəy verib.Rəydə bildirilir ki, 2011-ci ildə dəyişikliklər edilmiş bu qanun hüquqi əsas yaradır, lakin qanunda kifayət qədər məhdudlaşdırıcı müddəalar var. "Dini etiqad azadlığı hüququ, qeydiyyat, dini icmaların muxtariyyəti və ləğv olunması, digər şəxslərin öz dininə dəvət etmək, dini materialların nəşri və yayılması kimi məsələlər daha təfsilatı ilə əks oluna bilərdi. Bundan başqa, qanun qarışıq terminologiya ilə zəngindir ki, bu da müddəaların dolayı təsirinə imkan verir".
Venesiya Komissiyasının əsas tövsiyələri "Dini etiqad azadlığı" anlayışını genişləndirmək, vətəndaşlığı olmayan və xarici vətəndaşlar tərəfindən dini təbliğat aparılmasına qoyulmuş qadağanı aradan qaldırmaq, dini baxışları səbəbindən hərbi xidmət keçməkdən imtina edən şəxslərə alternativ mülki xidmət keçmək imkanı yaratmaq, dini icmalara daha çox muxtariyyət hüququ tanımaq, dini icmaların dövlət qeydiyyatına alınması sistemində islahatlar aparmaq, dövlət qeydiyyatı üçün lazım olan sənəd və məlumatların dəqiqləşdirilməsi, dini icmanın ləğv edilməsini tənzimləyən qaydalara dəyişikliklər etmək, ləğv olunmaq və digər sanksiyalarla üzləşən dini icmaların apelyasiya vermək hüququnu təmin etmək, qanundan "islami dini ibadət və rituallar yalnız Azərbaycan Respublikasında təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər" maddəsini çıxarmaq, vətəndaşı xarici dövlətə dini təhsil almağa göndərmək üçün müvafiq icra hakimiyyəti orqanından razılıq almaq tələbini ləğv etməkdən ibarətdir.
Xatırladaq ki, Azərbaycanın "Dini etiqad azadlığı haqqında" qanununa rəy Venesiya Komissiyasının oktyabrın 12-13-də keçirilmiş iclasında verilib.Amma dini məsələlər üzrə ekspertlər hesab edir ki, Venesiya komissiyasının iradları əsassızdır və bunların qəbulu Azərbaycanda ciddi problemlər yarada bilər. Çünki məhz qanunvericilikdə yaradılan məhdudiyyətlərə görə terrora bağlılığı olan bir sıra islamyönümlü təşkilatların və ermənilərlə əlaqələrində şübhə olmayan bəzi xristian təşkilatları indinin özündə də qeydiyyatdan keçməyə çalışırlar. Bunuda xatırladaq ki, Venesiya Komissiyasının təklif etdiyi forma əslində 1992-ci ildə Azərbaycanda qəbul olunmuş qanundakı müddəalardır. Həmin müddəalara görə istənilən əcnəbi şəxs Azərbaycanda dini təşkilat yarada bilərdi və həmin vaxt onlarla belə təşkilatlar yaradılmışdı. Bunun qarşılığında isə Azərbaycan sözün həqiqi mənasında dini təşkilatların, əslində isə bəzi ölkələrin kəşfiyyat idarələrinin meydançasına çevrilmişdi. Ekspertlər bildirir ki, məhz bunları nəzərə alaraq Azərbaycan yeni təklifləri qəbul etməməli və hazırkı qanunun dəyişdirilməməsinin vacibliyini bildirirlər. Bunu da qeyd edək ki, Venesiya Komissiyasının iradlarından biri də dini ədəbiyyatların yayılmasına qoyulan qadağalarla bağlıdır. Amma reallıq budur ki, hətta qadağalar qoyulsada yenə də müəyyən qüvvələr Azərbaycana qadağan olunmuş dini ədəbiyyatlar gətirirlər və bu ədəbiyyatlarda açıq şəkildə terror çağırışları öz əksini tapıb. Məsələn, İrandan gətirilən bəzi ədəbiyyatlarda şiə təriqəti istisna olmaqla digər təriqətlər aşağılanır və Azərbaycanın özü belə dövlət kimi göstərilmir. Yəni bu kitablar əslində dini kitablar yox, siyasi kitablardır və kifayət qədər təhlükəli ədəbiyyatlar sayıla bilinər. Buna görə də hesab edilir ki, Azərbaycan "Dini etiqad azadlığı" qanununu olduğu kimi saxlamalıdır.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42