Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, azyaşlı Arzu Hacıyeva evlərinin həyətində oynayarkən yelləncəyin ipi boynuna dolandığından boğulub.
Faktla bağlı araşdırma aparılır.