Bu gün ATƏT-in Vyanadakı baş ofisində təhlükəsizlik sahəsində problemlərlə bağlı illik konfrans işinə başlayacaq.
TASS-ın verdiyi xəbərə görə, üç günlük konfransın xüsusi sessiyası ATƏTməkanında münaqişəli vəziyyətlərə və onların region təhlükəsizliyinə təsirlərinə həsr ediləcək.
Belə ki, Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı münaqişələr konfransın gedişində müzakirəyə çıxarılacaq.
Ukrayna münaqişəsinə dair ayrıca iclas keçirilməsi planlaşdırılır. (APA)