Azərbaycanda Maliyyə nazirinə yeni müavin təyin edilib.
Unikal.org "APA"ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan Maliyyə nazirinin müavini təyin olunub.
Emin Hüseynov, eyni zamanda "ADA" Universitetinin strategiya və inkişaf üzrə prorektorudur.
O, magistr təhsilini Floridada (ABŞ) iqtisadiyyat üzrə alıb, əmək fəaliyyətinə 1998-ci ildə Dünya Bankının Azərbaycan bölməsində iqtisadçı kimi başlayıb. 2001-2003-də İMF-in Bakı bürosunda çalışıb. 2003-2005-də yenidən Dünya Bankına qayıdıb. 2005-dən Mərkəzi Bankda Departament Direktoru. 2009-da Harvard Universitetini idarəçilik ixtisası üzrə bitirib.
Sonra isə Mərkəzi Bankın Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.