Svilizasiyaların toqquşması
11:17 18-10-2012
İQTİSADİYYAT
Svilizasiyaların toqquşması
İslam-Türk dünyası bütövləşir
Şərq-Qərb qarşıdurması qaçılmazdır və artıq bunun bütün detalları ortadadır. Hələ bir neçə il öncə bir sıra qərb filosofları iddia edirdi ki, Avropaya şərqdən gələn miqrasiya və qlobalizm əslində qərbin ölümü deməkdir. Bu gün sözün həqiqi mənasında verilən proqnozlar özünü doğruldur.Belə ki, qərb həm siyasi, həm mənəvi həm də iqtisadi baxımdan çöküş anını yaşayır və bu çöküşdən xilas yolu nədənsə islamafobiya tapılır. Başqa cür desək qərb nəzəriyyəçiləri hesab edir ki, Avropanın ayaqda qalması üçün kənar rəqiblər, konflikt ocaqları tanınmalıdır və bu şərq dünyası ola bilər.
Beləliklə aydın olur ki, illər boyu qloballaşmaya, inteqrasiyaya meydan açan qərb iç qatında svilizasiyaların fərqliliyini qoruyub saxlayıbmış və bu gün svilizasiyaların toqquşması artıq baş verir. Əslində Avropa beyin mərkəzlərində hər zaman şərq dünyasına qarşı bir aşağılayıcı baxış olub və hesab edilib ki, şərqin qərbə yaxınlaşdırılması əslində şərqin çöküşü deməkdir. Hətta bununla bağlı maraqlı fikirdə səsləndirilirdi ki, şərqin Avropaya yaxınlaşması şərq mədəniyyətinin,kültürünün sıradan çıxması və qərb əxlaqının qələbə qazanması olacaq. Buna görə də şərq dünyasından qərbə inteqrasiya, miqrantların kütləvi qəbulunun təşkili ortaya çıxdı. Ancaq çox gülməli bir nəticə ortaya çıxdı. Aydın oldu ki, şərqin qərbə inteqrasiyası əslində qərb baxışlarının çöküşü ilə nəticələnir. Bu gün artıq qərb dünyası üçün iki mühüm problem yaşanır.
- İslamın qərb dünyasında geniş yayılması
- Türk dünyasının Avropanı açıq şəkildə təsir dairəsinə salması.
Adi statistiq faktlara baxaq. Son 10 il ərzində Avropada İslama meyl kifayət qədər artıb və islamı qəbul edən şəxslərin sayı on minə yaxınlaşmaqdadır. Və yaxud Türkiyə şirkətləri artıq Almaniya kimi aparıcı qərb dövlətində ən aparıcı sahələrə nəzarəti ələ keçirə biliblər. Bundan başqa aydın olub ki, bu gün Avropada 45 milyon türk-müsəlman yaşayır. Bunu da xatırladaq ki, Avropada 500 milyon insan yaşayır və bunlarında tərkibinə Türkiyə ,Azərbaycan,Rusiya daxildir ki, buda türk-müsəlmanların sayını daha da artırır. Ekspertlər hesab edir ki, bu artım yaxın 50 ildə daha da artacaq və Avropa çox ciddi şəkildə türk-müsəlman təsiri olacaq. Bunu da xatırladaq ki, hazırda Avropada insan artımı dayanıb və ölüm faizi 5 faizə çatır, müsəlman-türk dünyasında isə insan artımı 8 faizə çatır. Beləliklə aydın olur ki, Avropa açıq şəkildə narahatçılıq yaşayır və bu səbəbdən aşağıdakı addımların atılmasına rəvac verib
-İslamafobiyanın kütləvi hal almasını təmin etmək
-Şərq dünyasında nəticəsi bəlli olmayan inqilabların davamlılığını təmin etmək
-İsrailin şərq dünyasında güc mərkəzi olaraq qalmasını təmin etmək
-Türkiyənin Avropaya inteqrasiyasını durdurmaq və bu ölkənin Avropa Birliyinə daxil olmasını durdurmaq
Çox maraqlıdır ki, bu gün Avropa bu problemlə yanaşı artıq svilizasiyanın o biri tərəfində Çin və Rusiyanı da görür və buda kifayət qədər maraqlı məsələdir. Avropanın tutduğu mövqe artıq bizə bəllidir. Bəs şərq dünyasında bu məsələyə yanaşma necədir və svilizasiyaların toqquşmasında aktivlikləri müşahidə olunurmu?
Türk bərabərliyi
Şərq dünyasının özəyini təşkil edən türk dünyası bu gün demək olar ki, inkişaf dövrünü yaşayır və bunu biz Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazağıstan simasında daha aydın şəkildə görürük. Artıq Türk birliyinə xidmət edən beynəlxalq təşkilatların yaranması, simpoziumların keçirilməsi, uzun əsrlər türklüyündən ayrı salınmış türk toplumunun özünə qayıdışı faktdır və günbə-gün bununla bağlı daha açıq çağırışlar görməkdəyik. Məsələn, bu günlərdə Qazağıstan prezidentinin verdiyi bəyanat sözün həqiqi mənasında bir çox dövlətləri çaşırdı. “Türklər yalnız birləşməklə dünyada effektiv gücə çevrilə bilərlər”. Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev İstanbulda keçirilən Türkiyə-Qazaxıstan biznes-forumunun bağlanış mərasimində deyib.
N.Nazarbayev Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdən sitat gətirib: “Atatürk deyərdi ki, vaxt gələcək, bütün türklər birləşəcəklər. Ona görə də mən bütün türkdilli qardaşlarımı salamlayıram. Altay və Aralıq dənizi arasında bizim 200 milyon qardaşımız yaşayır. Əgər biz birləşsək, bütün dünyada effektiv gücə çevrilə bilərik”.
Yəqin ki, bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Və bu cür çağırışlar artıq sübut edir ki, Türk dünyasında baş verən svilizasiyaların toqquşmasında itirən tərəf olmaq niyyətində deyil və bu səbəbdən əks-cavabların verilməsi istiqamətində strateji proqramlar həyata keçirilir. Artıq sirr deyil ki, Türkiyə məhz türkdilli dövlətlərin bayraqdarı qismində çıxış edir və buna görə də Avropa üçün real təhlükə kimi görünür. Çünki 400 milyonluq xristian Avropasına qarşı 300 milyonluq Türk svilizasiyası çıxarılır. Digər tərəfdən 300 milyonluq Türk svilizasiyanın tərkib hissəsi olan müsəlman gücüdə var və bu gücü də hər gün hiss etmək mümkünləşir. Bu baxımdan bir neçə gün öncə Bakıda keçirilən iqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısını yada salmağa dəyər. Bu toplantının özəlliyi bu idi ki, artıq hər bir iştirakçı fərqli svilizasiyaların mövcudluğunu nümayiş etdirir və buna köklü fakir yürütdülər. Gəlin, faktlara baxaq.
“İqtisadi Əməkdaşlıq Təşkilatı Şərqlə Qərb arasında strateji regionda yerləşir və bölgə üçün önəmli iş potensialı verən önəmli təşkilat halına gəlib”. Bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII Zirvə Toplantısında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Son 20 ildə İƏT coğrafiyasında çox böyük siyasi və iqtisadi dəyişikliklərin baş verdiyini deyən Ərdoğan bu təşkilatın böyük önəm daşıdığını vurğulayıb: “Bu gün beynəlxalq sistemin günün şərtlərinə görə yenidən qurulması lazımdır. Beynəlxalq sferada daha təsirli mexanizmi olmayan beynəlxalq təşkilatların yeri getdikcə çətinləşir. Beynəlxalq böhran birgə fəaliyyət göstərmənin önəmini bir daha ortaya qoydu. ECO olaraq ortaya qoyacağımız ortaq siyasətlər fəaliyyətimizi gücləndirəcək. Biz bölgədə hər sahədə əməkdaşlığın, təhlükəsizliyin gücləndirilməsini istəyirik. Enerji, kənd təsərrüfatı, nəqliyyat və s. kimi müxtəlif sahələrdə regional inkişaf layihələrini həyata keçirməyə çalışırıq”.
İƏT ölkələrinin iqtisadi göstəricilərinin, ticarət həcminin mövcud potensialı əks etdirmədiyini deyən Ərdoğan deyib ki, ticarət qaydalarının sadələşdirilməsi vacibdir: “Bölgədə ticarətin sadələşdirilməsi ilə bağlı 2003-cü ildə verilmiş 8 illik zaman yetərincə dəyərləndirilməyib”.
İƏT Ticarət və İnkişaf Bankının təşkilatın layihələrinə önəmli kömək göstərəcəyini deyən Türkiyənin baş naziri bütün üzv ölkələri bu banka ortaq olmağa çağırıb.
Ərdoğan investisiyaların qorunması və təşviqi sazişinin tətbiqinə ehtiyac olduğunu deyib: “Bu anlaşma İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə öz töhvəsini verəcək. Nəqliyyat sahəsində potensialın dəyərləndirilməsi üçün tarixi İpək Yolunun canlandırılmasına ehtiyac var. Bu sahədə ECO üzərinə böyük yük düşür. Biz bunu tarixi missiya olaraq görürük”.Çox maraqlı başqa bir məqam isə məhz Azərbaycan prezidenti İlham Əliyevin islamafobiya haqqında fikirlər səsləndirməsi və bunu qəti şəkildə pisləməsi oldu .Bunu da nəzərə alaq ki, Azərbaycan dünyəvi dövlətdir və hər zaman bu prinsipləri gözləyib. Amma qarşı tərəfin, qərb svilizasiyasının açıq şəkildə bu basqısı artıq dünyəvilik prinsiplərini gözləyən şərq-türk dövlətlərinidə narahat edir və İlham Əliyevin məlum açıqlamasıda bunun bariz nümunəsi idi.
Toqquşmanın sonluğu
bu gün Avropa iqtisadi infliyasiyanın tam mərkəzindədir və hər gün daha ağır nəticələr ortaya çıxır. Bu gün Avropada Yunanıstan, İspaniya kimi dövlətlər artıq diz çöküb. Yaxın bir neçə il ərzində bu fəsadlar qos-qoca İngiltərə və İtaliya kimi dövlətləri də dizi üstə çökdürəcək. Bu çöküşü görən qərb və ABŞ şərq dünyasında inqilablar törətməklə yeni bazarlar formalaşdırıb ,bu gərginliklərdən xilas olmaq istəyirlər. Amma çox maraqlıdır ki, bunun tam əksi baş verir. Məsələn, Misir, Tunis, Liviya kimi ölkələrdə inqilaba qədər Avropanın, ABŞ-in maraqlarına cavab verən hakimiyyətlər var idisə, Avropanın və ABŞ-in istəyi və təşkilatçılığı ilə inqilablar baş verəndən sonra toplum artıq kənar güclərin maraqlarına cavab verən hakimiyyətlər yox, İslama bağlılığı açıq şəkildə olan hakimiyyətlərin qurulmasına üstünlük verdilər. Bu isə sözsüz ki, svilizasiyaların toqquşmasının nəticəsidir və yaxın gələcək də bu məsələlər daha kəskin şəkildə qabaracaq.
Son
İstəsək də istəməsək də bu gün qloballaşmanın, inteqrasiyanın acı nəticələri ortadadır. Qloballaşma nə qədər dərinləşirsə ixtilaflar o qədər artır. Çünki bu qloballaşma əslində xalqların bərabər yaşaması prinsipi üzərində qurulmayıb. Bu qloballaşma şərq-türk dünyasını təsir dairəsinə salmaq yüklüdür və buda sözsüz ki, əks-müqavimətlə qarşılaşacaq. Digər tərəfdən aydın olur ki, Avropa hazırda sözün həqiqi mənasında genetik bir problem yaşayır və buna görə toplum olaraq mövcudluqlarını qorumaq üçün radikal yanaşmalara, ideologiyalara daha çox üstünlük verirlər. Tarixlər boyu qərb radikalizminin tək hədəfi isə türk dünyası və islam ideolagiyası olub. Buna görə istəsəkdə istəməsək də qərbin radikallaşması müqabilində, svilizasiyaların toqquşmasını həyatımızda yaşayacağıq.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00