Mebel satışının inhisarı "Riyad"a verilir
00:56 19-10-2012
İQTİSADİYYAT
Mebel satışının inhisarı "Riyad"a verilir
İlqar Əliyevin Mərkəzi profilini dəyişir: bütün mebel salonları "Riyad"a köçürüləcək
Bakı-Sumqayıt şossesinin kənarında inşa edilən "Riyad" Ticarət Mərkəzi böyük reklam vəsaitlərinin xərclənməsinə baxmayaraq gözlənilən nəticəni verməmişdi. Xatırladaq ki, aeroportdakı mağazaların sökülməsindən sonra belə bir söhbət yayılmışdı ki, buradakı dükanlar məhz "Riyad"a köçürüləcək və bu zaman adıçəkilən Ticarət Mərkəzi tam gücü ilə işə düşəcək.
Amma sonradan məlum oldu ki, aeroportdakı dükanların yerləşdirilməsi üçün "Binə" və "Sədərək" Ticarət Mərkəzləri üçün Lökbatanda geniş ərazi ayrıldı və bununla da "Riyad" gözlənilən üstünlükdən də məhrum edildi. Sonrakı dövrdə isə satıcılar və buradakı mağaza sahibləri bir-birinin ardınca "Riyad"ı tərk etməyə başladı və proses bu günə qədər davam edir. Ötən gün adı çəkilən Ticarət Mərkəzində olan əməkdaşımızın sözlərinə görə burada alıcılar kifayət qədər azdır və satıcılar alverin olduqca zəif olmasından şikayətlənirlər. Onlar əməkdaşımıza bildiriblər ki, bu yaxınlarda Ticarət Mərkəzinin rəhbərliyi nəsə fikirləşməsə onlar da buranı tərk etmək məcburiyyətində qalacaqlar:
Biz buradakı dükanların işlədilməsi üçün kifayət qədər böyük pullar sərf etmişik. Ancaq bu günə qədər qoyduğumuz xərcin cüzi bir hissəsini də çıxara bilməmişik. Elə buna görə də çoxları böyük ümidlərlə aldıqları dükanları təhvil verərək getməyi üstün tutublar. Ancaq biz hələ də ümid edirik ki, vəziyyət dəyişəcək, elə buna görə də burada ilişib qalmışıq. İndi deyirlər ki, yaxın günlərdə böyük dəyişikliklər olacaq, biz də elə bunun baş verməsini səbirsizliklə gözləyirik".
Əməkdaşımız eyni zamanda satıcıların və dükan sahiblərinin yaxın gələcək üçün gözlədikləri dəyişikliyin nədən ibarət olması ilə bağlı da məlumatlar əldə edib. Belə ki, "Unikal"a daxil olan məlumata görə "Riyad" Ticarət Mərkəzinin rəhbəri İlqar Əliyev oranı dirçəltmək üçün böyük bir projeyə start verib və satıcıların "yaxın günlərdə böyük dəyişikliklər olacaq" ümidi də məhz bununla bağlıdır. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, paytaxtın bütün mebel satışı ilə məşğul olan salonlarının yaxın aylarda "Riyad" Ticarət Mərkəzinə cəmləşdirilməsi planlaşdırılıb. Belə ki, "Riyad" Ticarət Mərkəzi profilini dəyişərək yalnız mebel satışı ilə məşğul olan böyük satış məntəqəsinə çevriləcək.
Digər mənbələrdən əldə etdiyimiz məlumatlar da bu informasiyanın doğruluğunu təsdiqləyir. Adının çəkilməsini istəməyən və paytaxtda mebel satışı ilə məşğul olan sahibkarlardan birinin "Unikal" əməkdaşına bildirdiyinə görə onların qarşısında "Riyad" Ticarət Mərkəzinə köçmək tələbi qoyulub: "Təkcə mənə yox, mebel satışı ilə məşğul olan digər iş adamlarına deyiblər ki, bundan sonra mebel satışı yalnız "Riyad" Ticarət Mərkəzində həyatata keçiriləcək və ona görə də bu işlə məşğul olmaq istəyirsinizsə həmin ticarət mərkəzində yer almağınız və ya icarədə durmaq məsləhətdir. Açığı mənim üçün harada işləməyin elə bir fərqi yoxdur, sadəcə olaraq hələlik "Riyad"da dükan almaqla bağlı bir qədər tərəddüdlərim var. Amma deyilənlərin həqiqət olduğunu yəqinləşdirdikdən sonra "Riyad"da dükan götürməkdən başqa çarəm qalmayacaq" deyə əməkdaşımıza bildirib.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-25 09:34:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35