Vilyam Hacıyev İmişlidə narazılıq yaradıb
00:58 19-10-2012
İQTİSADİYYAT
Vilyam Hacıyev İmişlidə narazılıq yaradıb
Yeni təyin olunan icra başçısı köhnə vərdişlərinə sadiqdir
Samux rayonundan İmişliyə icra başçısı postuna transfer olunan Vilyam Hacıyevlə bağlı tənqidi iddiaların ard-arası kəsilmir. Hələ Samuxa rəhbərlik etdiyi dövrdə KİV-in ən çox tənqid etdiyi icra başçılarının ilk sıralarında gələn Hacıyevin İmişliyə təyinatının üstündən çox da uzun zaman keçməyib; amma Vilyam Hacıyevin rayondakı fəaliyyətindən narazılıq, etiraz dolu müraciətlərin, xəbərlərin ard-arası kəsilmir.
Elə qəzetimizə ünvanlanan yeni şikayət və məlumatların motiv idə icra başçısının fəaliyyətindən ciddi narazılıq ruhundadır. Bu bilgilərin bir qismində vurğulanır ki, İmişlinin icra başçısı rayon sahibkarlarını incitməklə məşğuldur.
Sahibkarlar “abadlıq carçıları” rolunda
Ölkə rəhbərliyinin iş adamlarının qanuni fəaliyyətinə müdaxilələrə son qoyulması barədə dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq
Vilyam Hacıyevin İmişliyə icra başçısı gətirilməsindən ilk nəsibini alan məhz onlar olublar - sahibkarlar!
Redaksiyamıza daxil olan bilgilərə görə, dövlət büdcəsindən İmişlidə abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə irihəcmli vəsaitlər ayrılsa da, əslində Vilyam Hacıyev icra başçısı təyinatından sonra bu işləri həyata keçirməyin maraqlı üsulunu tapıb. Belə ki, İmişli sahibkarlarının üzərinə rayonun “abadlaşdırılması, gözəlləşdirilməsi” üçün “əllərini ciblərinə salmaları” istənilib, həmin işlər onların şəxsi vəsaitləri hesabına aparılıb, bu isə avtomatik olaraq bu anlama gəlir ki, abadlıq üçün büdcədən ayrılan pullar mənimsənilib.
Necə deyərlər, işin adı da icra başçısının olub dadı da; baxmayaraq ki, bütün əziyyəti rayonun bizneslə, fermer təsərrüfatı ilə məşğul olanları çəkiblər.
Tək restoranın əhvalatı
Redaksiyamıza çatan məlumatlarda vurğulanan daha bir önəmli məqam Vilyam Hacıyevin rayona təyinat alarkən yalnız “abadlıq”la məşğul olması haqqında deyil. Yeni icra başçısı, digər icra başçılarının da təyinat alandan sonrakı ilk ənənəsinə sadiq qalaraq, ciddi söküntü əməliyyatları həyata keçirib. Söküntülər də İmişlinin görkəminin gözəlləşdirilməsi ilə əlaqələndirilib, nəticədə xeyli sahibkar obyektlərindən məhrum olub.
Bu barədə bilgini verən qaynaqların dediklərinə görə, şəhərin mərkəzindəki Heydər Əliyev prospektində təmir və yenidənqurma işləri aparılarkən xeyli sayda obyekt sökülüb. Sahibkarların buna etirazları da fayda verməyib.
Maraqlı olan isə prospektin üzərində yerləşən obyektlərin hamısı sökülərkən yalnız birinə toxunulmamasıdır. Şadlıq evi kimi fəaliyyət göstərən həmin obyektin sökülməməsi baprədə isə rayonda maraqlı söz-söhbətlər gəzir. İddia edilir ki, şadlıq evinin sahibi bunun üçün rayonun yeni icra başçısına 120 min manatlıq xarici markalı avtomobil bağışlayıb. Camaat arasında danışılanlara inansaq, hazırda Vilyam Hacıyev məhz həmin avtomobildən də istifadə edir.
İki şöbə müdirinin israrı və icra başçısının cavabı
Rayondan gələn bir başqa iddiaya görə isə yeni icra başçısı təyinatından bir qədər sonra başlanan abadlıq işləri zamanı hədsiz yüklənməkdən yorulan rayonun iki idarəsinin - təhsil və səhiyyə şöbələri müdirlərinin görəvlərinə son verilmələrini istəmələridir.
Onlar işlərindən uzaqlaşmaq istədiklərini icra başçısının diqqətinə çatdırıblar. Amma yeni icra başçısı onlara gözləməyi tapşırıb. Bundan sonra görəvlərindən getməkdə israr edən səhiyyə və təhsil şöbələrinin müdirləri qarşısında belə bir seçim imkanı qoyulub: belə ki, ya onlar postlarında qalır və maddi imkanlarının bir hissəsini İmişlinin abadlaşdırılması prosesinə cəlb edirlər, ya da müəyyən məbləğ ödəmək müqabilində “sərbəst” qalırlar. Əks halda hər iki şöbədə yoxlamaların aparılacağı və üzə çıxacaq nöqsanlarla bağlı sərt addımlara əl atılacağı da diqqətə çatdırılıb.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48