Oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Unikal.org-a verilən məlumata görə, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.
Qeyd edək ki, 26 avqust 2019-cu ildən Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.