Nazirlər Kabineti Aparatına yeni İşlər müdiri vəzifəsinə təyinat olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Hikmət Xəlilov  Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin edilib.

Xatırladaq ki, Baş Nazir Əli Əsədovun oktyabrın 23-də imzaladığı  sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov vəzifəsindən azad olunub.