Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının iclası keçirilib.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, iclas nazirin I müavini Əli Abdullayevin sədrliyi ilə baş tutub.
İclasda “Avand Company” MMC-nin müraciətinə baxılıb, şirkətin şikayəti qismən təmin edilərək, nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə “Lisenziya və icazələr haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların göstərişlərinə əməl edilməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin ona verilmiş pasportun tələblərinə uyğun olmasının yoxlanılması istiqamətində tədbirlərin görülməsi tapşırılıb.