Prezident İlham Əliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovla bağlı sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilsin".