Bu gün Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurasının iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclası Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq gündəlikdə duran məsələləri qeyd etdi. Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Ağdaş rayonuna etdiyi səfər haqqında geniş məlumat verən Cavid Osmanov cənab Prezidentin rayonumuza bütün səfərləri kimi, ötən gün reallaşan sayca 5-ci səfərinin də çox zəngin və yaddaqalan olduğunu Şura üzvlərinin diqqətinə çatdırıb.
Cənab Prezident İlham Əliyevin Ağdaş rayonuna səfərinin təəssüratlarını müzakirə etdikdən sonra bələdiyyə seçkiləri ilə əlaqədar qarşıda duran vəzifələr haqqında söhbət açıldı. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov dekabr ayının 23-də keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar rayon təşkilatında bu günə qədər görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi.
İclasda çıxış edən Şura üzvləri də öz növbələrində cənab president İlham Əliyevin ötən gün Ağdaş rayonuna etdiyi səfərin rayon ictimaiyyətində böyük sevinc və qürur hissləri yaratdığını qeyd edərək öz təəssüratlarını bölüşdülər. Çıxışçılar eyni zamanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar görüləcək işlərin vacibliyinə diqqət çəkərək, bundan sonra da bir partiya üzvü olaraq üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetiriləcəyini qeyd etdilər. Bəyan edildi ki, ağdaşlılar bütün seçkilərdə hər zaman fəal iştirak etmiş, növbəti bələdiyyə seçkilərində də öz fəallıqları ilə seçiləcəklər.